Şriftin ölçüsü :

Saytın rəngi :

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovun sədrliyi ilə rayonda içməli və suvarma suyu, eləcə də kanalizasiya məsələləri ilə bağlı müşavirə keçirilmişdir.

01 oktyabr 2026 | 17:05
1 oktyabr 2026-cı il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovun sədrliyi ilə rayonda içməli və suvarma suyu, eləcə də kanalizasiya məsələləri ilə bağlı işgüzar görüş keçirilmişdir.
Görüşdə Quba Rayon İcra Hakimiyyətinin və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məsul şəxsləri və mütəxəssisləri iştirak etmişlər. Görüş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi rəhbərliyi ilə aparılan səmərəli məsləhətləşmələr çərçivəsində təşkil olunmuş, rayonun su təchizatı infrastrukturunun müasirləşdirilməsi istiqamətində vacib addımlar müəyyən edilmişdir.
Görüş zamanı qeyd olunan sahələrdə son illərdə rayonda görülmüş işlər və mövcud problemlər geniş şəkildə müzakirə edilmiş və qarşıdakı dövrdə prioritetlik nəzərə alınmaqla həyata keçirilməsi vacib olan məsələlərlə bağlı təkliflər irəli sürülmüşdür. Agentlik rəhbərliyi ilə aparılan məsləhətləşmələrin nəticəsi olaraq, su resurslarından səmərəli istifadə olunması, itkilərin minimuma endirilməsi və sakinlərin içməli su ilə təminatının daha da yaxşılaşdırılması üçün birgə fəaliyyət planının hazırlanması qərara alınmışdır.
 
 
Keçidlər