Şriftin ölçüsü :

Saytın rəngi :

Quba Rayon İcra Hakimiyyətinin başçısı rayonun 100 yaşlı sakinini təbrik etdi.

18 oktyabr 2024 | 19:21

Quba Rayon İcra Hakimiyyətinin başçısı rayonun 100 yaşlı sakinini təbrik etdi.

18 oktyabr 2024-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Rayon İcra Hakimiyyətinin məsul şəxsləri ilə birgə Quba rayonunun sakini, uzun illər Şuduq kənd tam orta məktəbində müəllim kimi çalışmış, Böyük Vətən Müharibəsi arxa çəbhəsinin iştirakçısı Fətiyev Bəyəli Daşdəmir oğlunun 100 yaşının tamam olması münasibəti ilə evində təşkil olunmuş tədbirdə iştirak etmiş, onu yubileyi münasibətilə təbrik etmiş və hədiyyələr təqdim etmişdir.
Bəyəli Fətiyev də öz növbəsində çıxış edərək, dövlətimizin başçısı cənab İlham Əliyev, həmçinin Respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən yaşlı və ahıl insanlara göstərilən qayğıdan bəhs etmiş, göstərilən diqqətə görə öz təşəkkürünü bildirmişdir.

Keçidlər