Şriftin ölçüsü :

Saytın rəngi :

Quba Rayon İcra Hakimiyyətinin məsul şəxsləri Küpçalqışlaq kənd ərazisində görülən işlərlə tanış olmuşdur.

08 avqust 2025 | 14:38
Məlum olduğu kimi son bir neçə il ərzində xüsusilə də 2024-cü ilin iyul ayında yağan intensiv leysan yağışları nəticəsində Qudyalçay çayında suyun səviyyəsinin həddindən artıq çoxalması, meydana gələn sel və daşqınlar Qudyalçay çayının Quba rayonunun Küpçalqışlaq kəndinin yaxınlığından keçən hissəsində, çayın Samur-Abşeron kanalı ilə kəsişdiyi ərazidə böyük miqyaslı torpaq sürüşməsi baş vermiş, bu səbəbdən kəndin yeganə yolu bağlanmış, müvəqqəti olaraq alternativ yol açılmış, yaxınlıqda yerləşən yaşayış evləri, həmçinin elektrik və digər infrastruktur sahələri üçün ciddi təhlükə yaranmışdı.
Yaranmış vəziyyətlə əlaqədar Quba Rayon İcra Hakimiyyəti tərəfindən dərhal aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına məlumat verilmiş və rəsmi müraciətlər ünvanlanmışdır.
Qısa vaxt ərzində bütün aidiyyəti təşkilatların rəhbər şəxsləri və mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilmiş, müvafiq rəy və təkliflər təqdim olunmuşdur.
Artıq ərazidə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xətti ilə zəruri tədbirlərin görülməsi istiqamətində işlərə başlanmışdır.
08 avqust 2025-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin məsul şəxsləri ərazidə görülən işlərlə tanış olmuş, kənd sakinləri ilə görüşmüşlər.
Küpçalqışlaq kənd sakinləri həyata keçirilən bu mühüm işlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab İlqar Mahmudova və bu mühüm layihənin icrasında əməyi olan təşkilatların rəhbər şəxslərinə və əməkdaşlarına dərin təşəkkürlərini bildirmişlər.
Keçidlər