Şriftin ölçüsü :

Saytın rəngi :

Quba Rayon Mərkəzi Xəstəxanasında tibbi müayinə aksiyası keçirilir.

28 oktyabr 2023 | 16:42

28-29 oktyabr 2023-cü il tarixlərdə “Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə YAP idarə heyətinin üzvü, akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstutunun şöbə müdiri, professor Tofiq Cahangirovun konsultasiyası ilə şəhid ailələri və qazilər üçün Quba Rayon Mərkəzi Xəstəxanasında tibbi müayinə aksiyası keçirilir. Müayinələrə rəngli doppler exokardiografiya, USM, EXQ, labarator müayinələr, endokrinoloq və nevropotoloq konsultasiyaları daxildir. Aksiyaya başlamamışdan əvvəl qonaqlar, Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, RİHB aparatının, YAP Quba rayon təşkilatının, Quba Rayon Mərkəzi Xəstəxanasının məsul şəxsləri Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkında Ümumilli Liderin abidəsini və Quba rayon Şəhidlər Xiyabanını ziyarət etmişlər.

Keçidlər