Şriftin ölçüsü :

Saytın rəngi :

Quba rayon “Şəhidlər Muzeyi”nə təmirdən sonra baxış keçirilib.

24 iyun 2026 | 18:35

Quba rayon “Şəhidlər Muzeyi”nə təmirdən sonra baxış keçirilib.

24 iyun 2026-cı il tarixdə Quba rayonunda əsaslı təmirdən sonra yenidən istifadəyə verilən “Şəhidlər Muzeyi”nə baxış keçirilmişdir.
Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, Milli Məclisin deputatları Əlibala Məhərrəmzadə və Azər Badamov, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal İbrahimov, mədəniyyət işçiləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Əvvəlcə Quba rayon Şəhidlər Xiyabanı ziyarət olunaraq şəhidlərimizin məzarları önünə gül dəstələri düzülmüş, onların əziz xatirəsi dərin ehtiramla yad edilmişdir.
Daha sonra iştirakçılar təmirdən sonra yenilənmiş Şəhidlər Muzeyində yaradılmış şəraitlə və ekspozisiya ilə tanış olmuşlar. Bildirilmişdir ki, muzeyin əsas məqsədi Vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsini yaşatmaq, gənc nəsildə vətənpərvərlik ruhunu gücləndirmək və tarixi yaddaşın qorunmasına töhfə verməkdir.

Keçidlər