Şriftin ölçüsü :

Saytın rəngi :

Quba Rayon Tarix-Diyarşünaslıq Muzeyinin akt zalında 44 günlük Vətən Müharibəsi şəhidi Hacıyev Aydəmir Sənan oğlunun xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir.

02 mart 2026 | 16:20

2 mart 2026-cı il tarixdə Quba Rayon Tarix-Diyarşünaslıq Muzeyinin akt zalında 44 günlük Vətən Müharibəsi şəhidi Hacıyev Aydəmir Sənan oğlunun xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir.

 Tədbirdə Quba RİHB-nın  Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Asəf Şirinov, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri və məktəblilər iştirak etmişdir.

 Çıxış edənlər Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş Hacıyev Aydəmir haqqında, həmçinin torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ordumuzun göstərdiyi qəhrəmanlıqlardan söhbət açaraq belə tədbirlərin gənc nəsillərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rol oynadığından danışıblar.

 Daha sonra məktəblilər 44 günlük Vətən Müharibəsi şəhidi Hacıyev Aydəmirin əziz xatirəsinə həsr olunmuş bədii kompozisiyalarla çıxış etmişlər.

 Sonda şəhidimizlərimizin həyat və döyüş yoluna həsr olunmuş film tədbir iştirakçılarına nümayiş etdirilmişdir.

Keçidlər