Şriftin ölçüsü :

Saytın rəngi :

Quba rayonu üzrə orden və medallarla təltif edilmiş şəhidlərin ailə üzvlərinə təltifatların təqdim edilməsi və ilin yekunlarına həsr olunmuş yığıncaq keçirilmişdir.

29 dekabr 2022 | 15:53

29 dekabr 2022-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 5 noyabr 2022-ci il tarixdə imzalanmış Sərəncama əsasən Quba rayonu üzrə orden və medallarla təltif edilmiş şəhidlərin ailə üzvlərinə təltifatların təqdim edilməsi və ilin yekunlarına həsr olunmuş yığıncaq keçirilmişdir. Yığıncaqda Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, YAP Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB aparatının məsul şəxsləri, Rayon İcra Hakimiyyəti başçısının İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, şəhid ailələri, rayon Ağsaqqallar Şurasının sədri və Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri iştirak etmişdir.

Yığıncaqdan sonra rayonun İsnovqışlaq kəndində Birinci Qarabağ Müharibəsi əlili Rəhimov Asif Gülməhəmməd oğluna və Birinci Nügədi kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Şirinbəyov Pərviz Əkrəm oğlunun anası, əslən Ukraynanın Jitomir şəhərindən olan Şirinbəyova Qalina Afanasyevnaya Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən inşa olunmuş fərdi evlər təqdim edilmişdir.

Mənzillərin təqdim olunma mərasimində Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, YAP Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon Ağsaqqallar Şurasının və Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədrləri, eləcə də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin məsul şəxsləri iştirak etmişdir.

Şəhid anası Qalina Şirinbəyovanın fərdi evlə təmin olunması ölkəmizdə yaşayan bütün xalqlara göstərilən yüksək diqqət və qayğının daha bir əyani sübutudur. Qalina Şirinbəyova 1969-cu ildə Quba rayonunun Birinci Nügədi kəndindən olan, mərhum Əkrəm Şirinbəyov ilə ailə həyatı qurmuş və onlar şəhid övladları Pərviz Şirinbəyovu və digər övladlarını vətənpərvərlik və beynəlmiləlçilik ruhunda tərbiyə etmişlər. 44 günlük Vətən Müharibəsində də Qalina Şirinbəyovanın nəvəsi Cəbrayılov Xəyal Azər oğlu igidliklə döyüşmüşdür.

Keçidlər