Quba rayonunda 2 iyul - Polis işçilərinin peşə bayramı günü qeyd olunub.
Quba rayonunda 2 iyul - Polis işçilərinin peşə bayramı günü qeyd olunub.
2 iyul 2024-cü il tarixdə Polis işçilərinin peşə bayramı günü və Azərbaycan polisinin yaranmasının 106-cı ildönümü münasibətilə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, YAP Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ulu Öndər Heydər Əliyevin Quba şəhərində adını daşıdığı Mədəniyyət və İstirahət parkındakı Ümummilli Liderin abidəsi ziyarət olunmuş, abidə önünə gül dəstələri qoyulmuş, sonra isə Quba Rayon İcra Hakimiyyətində xidmətdə fərqlənmiş Polis işçiləri ilə görüş keçirilmişdir. Polis işçilərini təbrik edən Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan polisinin keçdiyi tarixi yola nəzər salmış, Ulu Öndər Heydər Əliyevin və onun siyasi varisi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə ictimai asayişin təmin olunmasında Azərbaycan polisinin oynadığı rolu xüsusi qeyd etmiş, ictimai asayiş keşikçilərinə şərəfli peşə fəaliyyətində uğurlar arzulamış, eyni zamanda onları fəxri fərmanlarla təltif etmişdir.