Şriftin ölçüsü :

Saytın rəngi :

Quba rayonunda 23 iyun - Dövlət qulluqçularının peşə bayramı günü qeyd olundu.

23 iyun 2026 | 14:13

Quba rayonunda 23 iyun - Dövlət qulluqçularının peşə bayramı günü qeyd olunub.

 

23 iyun 2026-cı il tarixdə Dövlət qulluqçularının peşə bayramı münasibətilə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyətinin kollektivi və rayonda fəaliyyət göstərən dövlət qulluqçuları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov dövlət qulluqçularını təbrik edərək dövlət qulluğunun ölkənin inkişafında mühüm rol oynadığını vurğulayıb, bu sahədə çalışan şəxslərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Dövlət qulluqçularının peşə bayramı münasibətilə bütün dövlət qulluqçularını təbrik edir, onlara məsuliyyətli fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq.

Keçidlər