Şriftin ölçüsü :

Saytın rəngi :

Quba rayonunda 27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib.

24 sentyabr 2026 | 16:13

Quba rayonunda 27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib.

 

​         24 sentyabr 2026-cı il tarixində Quba rayon Heydər Əliyev Mərkəzində "Şəhərsalma və Memarlıq İli" çərçivəsində Quba Rayon İcra Hakimiyyətinin, Quba rayon Heydər Əliyev Mərkəzinin və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 27 Sentyabr - Anım Günü ilə əlaqədar "Zəfərə gedən yol" mövzusunda tədbir keçirilmişdir.

​Tədbir Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova, Quba rayon Heydər Əliyev Mərkəzinin direktoru Sevinc Səlimova şəhid ailələri, qazilər, mədəniyyət və təhsil işçiləri,  tələbələr və gənclər iştirak etmişdir. 

​         Tədbirdə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən, Müzəffər Ali Baş Komandanın cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şücaətindən və şəhidlərimizin əziz xatirəsindən bəhs olunmuşdur.

Keçidlər