Şriftin ölçüsü :

Saytın rəngi :

Quba rayonunda “27 Sentyabr – Anım Günü” münasibətilə tədbir keçirildi.

27 sentyabr 2026 | 15:51
Quba rayonunda “27 Sentyabr – Anım Günü” münasibətilə tədbir keçirilib.
“27 Sentyabr - Anım Günü” münasibətilə Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Şəhidlər Xiyabanında anım tədbiri keçirilmişdir. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyətinin kollektivi, YAP Quba rayon təşkilatının, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, regional və digər idarə, müəssisə və təşkilatların rəhbərləri, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Əvvəlcə şəhidlərimizin məzarları ziyarət olunaraq, onların ruhuna dualar oxunmuş, əziz xatirələri dərin ehtiramla yad edilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqdan bəhs olunmuş, Vətənin müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan şəhidlərimizin daim xalqımızın qəlbində yaşayacağı vurğulanmışdır. Tələbə və şagirdlərin ifasında şəhidlərimizə həsr olunmuş, eləcə də vətənpərvərlik mövzusunda şeirlər səsləndirilmişdir.
Saat 12:00-da rayon ərazisində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov şəhid ailələri ilə səmimi söhbət aparmış. Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.
Keçidlər