Quba rayonunda “27 Sentyabr - Anım Günü” münasibətilə tədbir keçirilib.
Quba rayonunda “27 Sentyabr - Anım Günü” münasibətilə tədbir keçirilib.
“27 Sentyabr - Anım Günü” münasibətilə Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonunun Şəhidlər Xiyabanında anım tədbiri keçirilmişdir. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyətinin kollektivi, YAP Quba rayon təşkilatının, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, regional və digər idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Əvvəlcə şəhidlərimizin məzarları ziyarət olunmuş və onların ruhuna dualar oxunmuş, tədbirdə şəhidlərimizin əziz xatirələrinə dərin ehtiram bildirilmiş, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan danışılmış, Vətəni canı bahasına qoruyaraq uca zirvəyə yüksəldən, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin daim qəlblərdə yaşayacağı vurğulamış, tələbələrin və şagirdlərin ifasında şəhidlərimizə həsr olunmuş və vətənpərvərlik mövzusunda şeirlər səsləndirilmişdir. Saat 12:00-da rayon ərazisində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov şəhid ailələri ilə səmimi söhbət zamanı onlar göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.
Qeyd edək ki, rayon ictimaiyyəti tərəfindən Şəhidlər Xiyabanının ziyarəti gün ərzində davam etmişdir.