Quba rayonunda Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.
Quba rayonunda Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.
3 iyun 2024-cü il tarixdə Quba rayon Heydər Əliyev Mərkəzində Quba Rayon Ağsaqqallar Şurasının son iki ildə gördüyü işlərlə bağlı hesabat konfransı keçirilib. Konfransdan əvvəl Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov və rayon Ağsaqqallar Şurasının sədri İldırım Məmmədov tərəfindən Ulu Öndər Heydər Əliyevin adını daşıdığı mədəniyyət və istirahət parkında Ümummilli Liderin abidəsi ziyarət olunmuşdur.
Konfransda Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov, Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov, Respublika Ağsaqqallar Şurasının və Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayon Ağsaqqalar Şurasının üzvləri, şəhid ailə üzvləri və qazilər iştirak etmişdir.
Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin qurucusu və memarı olduğu Azərbaycan dövlətinin müstəqilliyini onun siyasi kursunun varisi olan cənab İlham Əliyevin apardığı daxili və xarici siyasəti daim yüksək qiymətləndirdiklərini vurğulamışlar, xalqımızın əldə etdiyi tarixi nailiyyətlərə bundan sonra da dəstək olacaqlarını bildirmişlər. Konfransda rayon ağsaqqallarının təklif və istəkləri dinlənilmişdir.