Şriftin ölçüsü :

Saytın rəngi :

Quba rayonunda Dövlət Qulluqçularının Peşə Bayramı qeyd edilmişdir.

23 iyun 2023 | 10:02

23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Quba rayonunda müxtəlif təşkilatlarda çalışan dövlət qulluqçuları tərəfindən Ulu Öndər Heydər Əliyevin Quba şəhərində adını daşıyan mədəniyyət və istirahət parkındakı abidəsi ziyarət olunmuş, Ümummilli Liderimizin abidəsinin qarşısına gül dəstələri qoyulmuşdur.

Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının birinci müavini Tariyel İbrahimov rayonda çalışan dövlət qulluqçularını peşə bayramları münasibətilə təbrik etmiş, ölkə rəhbərliyi tərəfindən bütün digər sahələrdə çalışan şəxslər kimi dövlət qulluqçularına da göstərilən yüksək dövlət qayğısı barədə ətraflı danışmış, dövlət qulluqçularının üzərinə düşən mühüm məsələlərə toxunmuşdur.

Keçidlər