Şriftin ölçüsü :

Saytın rəngi :

Quba rayonunda "Faciədən zəfərə" adlı tədbir keçirilmişdir.

26 fevral 2025 | 16:04

Quba rayonunda "Faciədən zəfərə" adlı tədbir keçirilmişdir.

26 fevral 2025-ci il tarixdə Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi və Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə "Faciədən zəfərə" adlı ədəbi-bədii kompozisiya və sərgi nümayiş olunmuşdur. Tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Quba rayonu üzrə nümayəndəsi, şəhid ailələri, mədəniyyət işçiləri və gənclər iştirak etmişdir. Fəallığı ilə seçilən bir qrup mədəniyyət işçisinə və rayon məktəblilərinə fəxri fərmanlar təqdim olunmuşdur. Tədbir ədəbi-bədii kompozisiya ilə davam etmişdir.

#XocalıSoyqırımı #KhojalyGenocide

#JusticeForKhojaly #XocalıyaƏdalət

Keçidlər