Şriftin ölçüsü :

Saytın rəngi :

Quba rayonunda kənd təsərrüfatı subyektlərinə baxış keçirildi.

14 sentyabr 2026 | 17:39
Quba rayonunda kənd təsərrüfatı subyektlərinə baxış keçirildi.
"Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramın" dan irəli gələn məsələlərin icrası istiqamətində Quba rayonunda mühüm tədbir baş tutmuşdur.
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul əməkdaşı Habil Əzənmədov və aidiyyəti qurumların nümayəndələri bölgədə fəaliyyət göstərən kənd təsərrüfatı subyektlərinə baxış keçirdilər.
Baxış zamanı mövcud istehsal sahələrinin fəaliyyəti yerində öyrənildi, fermerlərin gündəlik iş prosesləri izlənildi, yeni texnologiyaların tətbiqi imkanları müzakirə olundu. Eyni zamanda, dövlət dəstəyi mexanizmlərinin daha səmərəli istifadəsi yolları araşdırıldı, fermerlərin qarşılaşdığı çətinliklər dinlənildi və onların həlli istiqamətində təkliflər verildi.
Quba rayonunun kənd təsərrüfatı sahəsində inkişafı həm regionun sosial-iqtisadi rifahına, həm də ölkənin ərzaq təhlükəsizliyinə mühüm töhfə verəcək.
Keçidlər