Şriftin ölçüsü :

Saytın rəngi :

Quba rayonunda “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” mövzusunda maarifləndirici görüş keçirilmişdir.

19 oktyabr 2023 | 19:19

19 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi, Quba Rayon İcra Hakimiyyəti və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz regional nümayəndəliyində “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” mövzusunda maarifləndirici görüş keçirilmişdir. Görüşdə Quba Rayon İcra Hakimiyyətinin məsul şəxsləri Mariyə Məmmədova, Aynur Yəhyayeva, Əhməd Nurullayev cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2023-cü ilin Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı respublikamızın hər yerində, o cümlədən Quba rayonunda Ulu Öndər Heydər Əliyevin xatirəsinə çox sayda silsilə tədbirlər keçirildiyini və bu qəbildən olan tədbirlərin keçirilməsi davam edəcəyini bildirmişlər.

 Daha sonra Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz regional nümayəndəliyinin koordinatoru Aytac Əhmədova Ulu Öndərin və cənab Prezident İlham Əliyevin gənclərə göstərdiyi qayğıdan bəhs etdi. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin regional nümayəndəliyinin sədri Rəsul Qəniyev, müavini Nuray Təhməzova “Mən fəxr edirəm ki, Azərbaycanlıyam! mövzusunda çıxış etmiş və vətənpərvərlik ruhunda  şeirlər səsləndirmişlər.

Keçidlər