Quba rayonunda qanvermə aksiyası keçirildi.
Quba rayonunda qanvermə aksiyası keçirilib.
25 iyun 2026-cı il tarixdə Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Respublika Qan Bankının Quba bölməsində talassemiya, hemofiliya və digər xəstəliklərdən əziyyət çəkən vətəndaşlara köməklik göstərmək məqsədilə qanvermə aksiyası keçirilmişdir. Aksiyada Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Rayon İcra Hakimiyyətinin və YAP Quba rayon təşkilatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, regional və digər idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin kollektivləri, din xadimləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Qanvermə aksiyası yüksək fəallıq şəraitində keçmiş, könüllü donorlar tərəfindən verilən qan nümunələri Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən müvafiq tibbi müayinələrdən sonra qəbul edilmişdir. Xeyriyyə məqsədi daşıyan aksiya talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsinə dəstək göstərilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.








