Quba rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.
24 dekabr 2024 | 18:02
Rayonda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.
24 dekabr 2024-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin və 5 saylı Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində rayonun Talabıqışlaq kəninin ərazisində yeni meşə massivinin salınması ilə əlaqədar ağacəkmə aksiyası keçirilmişdir. Aksiyada Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, 5 saylı Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru, Rayon İcra Hakimiyyətinin və Regional Meşə Təsərrüfatı Mərkəzinin məsul şəxsləri, YAP Quba rayon təşkilatının, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, regional və digər idarə, müəssisə, təşkilatların rəhbərləri və əməkdaşları, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.