Quba rayonunun İspik kəndində Su çərşənbəsi ilə bağlı bayram tədbiri keçirilmişdir.
24 fevral 2026 | 15:53
24 fevral 2026-cı il tarixdə “Şəhərsalma və Memarlıq” ili çərçivəsində Quba Rayon İcra Hakimiyyəti, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Quba rayonu üzrə nümayəndəliyinin və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə rayonumuzun qədim yaşayış məskənlərindən olan İspik kəndində Su çərşənbəsi ilə bağlı bayram tədbiri keçirilmişdir.
Yurdumuza əsrlərin sınağından çıxmış mənəvi dəyərləri, adət-ənənələri özündə yaşadan, bayramlarımızın şahı sayılan Novruz gəlir. Novruz təbiətin canlanmasının, torpağın oyanmasının, ruhun təzələnməsinin simvolu hesab olunub. Novruz təzə ili, baharın ilk gününü qarşılamaq, gecə ilə gündüzün bərabərləşməsi deməkdir. Xalqımız yeni gün olan Novruz ərəfəsində çərşənbələrə daha böyük önəm verir.
Novruzun ilk çərşənbəsi- Su çərşənbəsidir. Su çərşənbəsi ilə bayrama hazırlıqlar başlayır. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti bir daha ifadə olunur. Bütün mifik mətnlərdə su həyat verən, dirildən, xoşbəxtlik gətirən müqəddəs bir inam obyekti kimi çıxış edir. Su çərşənbəsi boz ayın dörd müqəddəs çərşənbəsinin ilkidir. Xalq arasında “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır. Su üstündən keçilir, arzular və diləklər suya danışılır, sübh tezdən evə bulaq suyu gətirilir. İnanclara görə, sübh tezdən bulaqdan götürülən su həyat mənbəyi, aydınlıq rəmzini tərənnüm edir.
Ömrünüz su qədər uzun və pak olsun!
Su çərşənbəniz mübarək!








