Şriftin ölçüsü :

Saytın rəngi :

Quba rayonunun ümumtəhsil məktəblərində “Son zəng” tədbiri keçirilib.      

14 iyun 2024 | 16:04

Quba rayonunun ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilib.

14 iyun 2024-cü il tarixdə Quba rayon Alekseyevka kənd Rəhman Məmmədov adına tam orta məktəbində “Son zəng” tədbiri keçirilmişdir.
Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Təhsil Nazirliyinin Strateji planlaşdırma və İcraya nəzarət şöbəsinin müdiri Leyla Xəlilova, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, məktəbin müəllim və şagird heyəti, valideynlər iştirak etmişlər.
Tədbirdə çıxış edənlər təhsil sahəsinə göstərilən dövlət qaygısı, son illərdə Azərbaycan təhsilinin əldə etdiyi uğurlar, təhsil müəssisələrinin maddi-texniki bazasının ən müasir beynəlxalq standartlar səviyyəsinə çatdırılması, eləcə də Quba rayonunda təhsil sahəsində görülən işlər barədə ətraflı qeyd etmiş, məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulamışlar.

Keçidlər