Şriftin ölçüsü :

Saytın rəngi :

Quba şəhər Ümumi təyinatlı internat tipli ümümtəhsil məktəbində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə tədbir keçirilmişdir.

28 dekabr 2023 | 16:07

28 dekabr 2023-cü il tarixdə Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə Təhsil sektorunun müdiri Pərviz Nurməmmədov Quba şəhər Ümumi təyinatlı internat tipli ümümtəhsil məktəbində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə təşkil edilmiş tədbirdə iştirak etmiş, azyaşlılara Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovun təbrikləri çatdırılmış və onlara bayram hədiyyələri təqdim edilmişdir.

Azyaşlılar göstərilən diqqətdən məmnun qalmış, tədbir zamanı peşəkarlar tərəfindən nümayiş etdirilən rəngarəng nömrələr uşaqların ürəyincə olmuşdur.

Keçidlər