Quba şəhər Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbində Od çərşənbəsi münasibətilə bayram tədbiri keçirilmişdir.
03 mart 2026 | 18:09
3 mart 2026-cı il tarixdə Quba şəhər Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbində Od çərşənbəsi münasibətilə bayram tədbiri keçirilmişdir.
Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak etmişlər. Baharın müjdəçisi olan Od çərşənbəsinin adət-ənənələrinə uyğun olaraq tonqal qalanmış, şagirdlər tonqal ətrafında şeirlər söyləmiş, mahnılar ifa etmiş və milli rəqslər nümayiş etdirmişlər.
Sonda bayram tonqalı ətrafında şagirdlərin iştirakı ilə şənlik proqramı davam etdirilmişdir.








