Şriftin ölçüsü :

Saytın rəngi :

Quba şəhər Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün tam orta internat məktəbinin şagirdləri ilə görüş keçirilmişdir.

23 dekabr 2022 | 13:10

Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, YAP Quba rayon təşkilatının sədri, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon Ağsaqqallar Şurasının sədri, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri və Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Quba şəhər Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün tam orta internat məktəbinin şagirdlərini qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ziyarət etmiş, onları bayram münasibətilə təbrik etmiş və bayram hədiyyələri verilmişdir.

Keçidlər