Şriftin ölçüsü :

Saytın rəngi :

Quba şəhərində abadlıq işləri davam etdirilir.

26 may 2023 | 12:57

Məlum olduğu kimi cari ilin aprel ayından etibarən Quba şəhərində və rayonun bir sıra digər yaşayış məntəqələrində yolların əsaslı təmiri, yenidən qurulması və asfaltlanması işlərinin növbəti mərhələsinə start verilmişdir.
26 may 2023-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Vətən Müharibəsi şəhidi Rəvan Yusif oğlu Əliyevin vaxtilə yaşadığı və hazırda şəhidimizin adını daşıyan küçədə, eləcə də digər küçələrdə yenidənqurma və asfaltlama işlərinin gedişi ilə yerində tanış olmuş, işlərin yüksək keyfiyyətlə aparılması məqsədilə aidiyyəti şəxslərə lazımi tapşırıq və tövsiyələrini vermişdir.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev sabah, yəni mayın 27-də şəhid Rəvan Əliyevin doğum günü olması ilə əlaqədar onun ailəsini də ziyarət etmiş, şəhidin ailə üzvlərini maraqlandıran məsələlərlə yaxından tanış olaraq, aidiyyəti şəxslərə müvafiq tapşırıqlarını vermişdir.
Şəhid Rəvan Əliyevin ailə üzvləri göstərilən diqqətə və qayğıya görə dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirmişdir.

Keçidlər