Şriftin ölçüsü :

Saytın rəngi :

Quba şəhərində abadlıq-quruculuq işləri davam etdirilir.

24 may 2024 | 17:46
Quba şəhərində abadlıq-quruculuq işləri davam etdirilir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə regionlarda reallaşdırılan ən vacib işlərdən biri də müxtəlif sahələr üzrə müasir infrastrukturun yaradılması, infrastruktur layihələrinin icra edilməsi, həmçinin geniş miqyaslı tikinti-quruculuq və abadlıq işlərinin aparılmasıdır.
Bu qəbildən olan tədbirlər çərçivəsində ötən dövrdə Quba şəhərinin bir sıra küçələri yenidən qurulmuş, əsaslı və ya cari təmir olunmuşdur. Təmir işləri aparılmış Fətəli xan, Memar Əcəmi, Ərdəbil, Qələbə və digər küçələrdə hazırda müasir tələblərə uyğun yol hərəkəti zolaqları çəkilməkdədir.
Qarşıdakı dövrdə təmir işlərinin davam etdirilməsi, ehtiyac duyulan küçələrdə asfaltama və abadlıq işlərinin aparılması nəzərdə tutulmuşdur.
Keçidlər