Quba şəhərində abadlıq və quruculuq işləri yüksək sürətlə davam etdirilir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq, Quba rayonunda abadlıq və quruculuq işləri genişlənmişdir.
Rayonda tikinti-quruculuq işləri həyata keçirilir, infrastruktur layihələri icra olunur, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılır, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatı, təhsil müəssisələrinin tikintisi istiqamətində tədbirlər həyata keçirilir, mövcud parklar, küçə və prospektlər abadlaşdırılır.
Quba şəhərində aparılan abadlıq quruculuq işləri çərçivəsində Heydər Əliyev prospekti memarlıq tələblərinə uyğun olaraq əsaslı şəkildə təmir edilir, şəhərin ehtiyac duyulan küçələrində asfalt örtüyün çəkilməsi, səki daşlarının yenilənməsi işləri davam etdirilir. Sutkanın qaranlıq saatlarında küçələri işıqlandırmaqla təhlükəsiz hərəkətin təşkili məqsədilə Molla Pənah Vaqif küçəsinin işıqlanma sistemi yenilənmişdir.