Quba şəhərində bir sıra küçə və prospektlərdə abadlaşdırma işləri sürətlə davam etdirilir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin dinamik inkişafını və müasir mənzərəsini əks etdirən məqamlardan biri də regionlarda uğurla reallaşdırılan geniş infrastruktur layihələri, abadlıq və quruculuq işləridir. Beynəlxalq standartlara cavab verən yolların çəkilməsi, yol-nəqliyyat infrastrukturunun yenilənməsi və müasir standartlara cavab verən yolların istifadəyə verilməsi sosial sahədə həyata keçirilən siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Bu tədbirlər, ilk növbədə, Azərbaycan iqtisadiyyatının gücünü göstərməklə yanaşı, vətəndaşların həyatının yaxşılaşdırılmasına yönələn layihələrin davamlı olmasını nümayiş etdirir.
Bu qəbildən olan tədbirlərin davamı olaraq Quba şəhərində bir sıra küçə və prospektlərdə abadlaşdırma işləri davam etdirilir.