Quba şəhərində geniş miqyaslı abadlıq işlərinə başlanılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində bütövlükdə ölkəmiz, o cümlədən respublikamızın regionları uğurla inkişaf yolu keçmişdir. Regionlarda reallaşdırılan ən vacib işlərdən biri də müxtəlif sahələr üzrə müasir infrastrukturun yaradılması, infrastruktur layihələrinin icra edilməsi, həmçinin geniş miqyaslı tikinti-quruculuq və abadlıq işlərinin aparılmasıdır.
Bu qəbildən olan tədbirlərin davamı olaraq Quba şəhərinin bir sıra küçələrinin yenidən qurulması, əsaslı və cari təmir olunması, eləcə də asfaltlanması ilə əlaqədar işlərə başlanılmışdır. Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov işlərin gedişatı ilə yerində tanış olmuş, aidiyyəti şəxslərə lazımi tapşırıq və tövsiyələrini vermişdir.