Quba şəhərində “İdman festivalı 2024”-ün rəsmi açılış mərasimi keçirilib.
Quba şəhərində “İdman festivalı 2024”-ün rəsmi açılış mərasimi keçirilib.
22 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Quba şəhərindəki Nizami adına Mədəniyyət və İstirahət parkında “İdman festivalı 2024”-ün rəsmi açılış mərasimi keçirilmişdir.
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovun, Azərbaycan Respublikası Gənclər və İdman naziri Fərid Qayıbovun, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əlibala Məhərrəmzadənin, Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman Nazirliyinin, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin, rayonun hüquq-mühafizə orqanları rəhbərlərinin, şəhid ailələrinin, ictimai təşkilatların rəhbərləri və kollektivlərinin, rayonun idarə, müəssisə və təşkilatları rəhbərlərinin və əməkdaşlarının, çoxsaylı rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi festivalda əvvəlcə ağırlıqqaldırma, atıcılıq, basketbol, futbol, atletika, boks, cüdo, voleybol, idman dırmanması, badminton, oxatma, qılıncoynatma, triatlon, taekvondo, velosiped, kanoe və avarçəkmə, qış idman növləri, həndbol, gimnastika, güləş tennis, reqbi, stolüstü tennis və digər idman növlərinin nümunəvi çıxışları izlənilmişdir.