Şriftin ölçüsü :

Saytın rəngi :

Quba şəhərində iməclik təşkil edilmişdir.

23 aprel 2024 | 18:19

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Quba Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq 23 aprel 2024-cü il tarixdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Quba şəhərindəki Nizami Gəncəvi adına mədəniyyət və istirahət parkının ərazidə təmizlik və abadlıq işləri aparılmış, yaşıllıqlar suvarılmış, ərazidəki digər ağaclara aqrotexniki qaydada qulluq göstərilmişdir. Qeyd olunan il çərçivəsində təşkil edilən növbəti aksiyada Rayon İcra Hakimiyyətinin məsul şəxsləri və əməkdaşları, həmçinin “Təmiz Quba” Mənzil Kommunal Təsərrüfat birliyinin kollektivi iştirak etmişdir.

Aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir.

Keçidlər