Quba şəhərində kənd təsərrüfatı məhsullarının və digər tələbat mallarının satış yarmarkası fəaliyyətə başlamışdır.
27 dekabr 2022 | 14:57
Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Quba Meydanı” Mədəniyyət və İstirahət parkının qarşısında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə kənd təsərrüfatı məhsullarının və digər tələbat mallarının satış yarmarkası fəaliyyətə başlamışdır. Yarmarka 27 və 28 dekabr 2022-ci il tarixlərdə saat 09:00-dən etibarən gün ərzində davam edəcəkdir.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev dekabrın 27-də yarmarka ilə tanış olmuş, aidiyyəti şəxslərə lazımi tapşırıqlar vermişdir.