Quba şəhərində “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalı keçirilib.
Quba şəhərində “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalı keçirilib.
7 may 2025-ci il tarixdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Quba Rayon İcra Hakimiyyətinin, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin və Quba Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı beynəlxalq folklor rəqs və yaradıcılıq festivalında Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, İdarənin məsul şəxsləri və təhsil işçiləri, rayon ictimaiyyətinin nümayəndələri, gənclər və yeniyetmələr iştirak etmişdir.
Tədbir respublikamızın ayrı-ayrı rayonlarının və rayonumuzun Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin hazırladıqları sərgilərə tanışlıqla başlamış, sonra isə Türkiyə Respublikası, Qazaxıstan Respublikası, Özbəkistan Respublikası, Qırğız Respublikası, Şimali Kipr Türk Respublikası, Rusiya Federasiyası Şimalı Osetiya-Alaniya Respublikası, həmçinin respublikamızın ayrı-ayrı rayonlarının və rayonumuzun Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin rəqs kollektivlərinin paradı ilə davam etmişdir.
Daha sonra Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında yerləşən “Yaşıl teatr”da qeyd olunan rəqs kollektivlərinin rəngarəng rəqs nömrələri nümayiş olunmuşdur.