Quba şəhərində “Quba Millennium Team Cadet European Cup” yeniyetmələr arasında Avropa kubokunun açılış mərasimi keçirilib.
Quba şəhərində “Quba Millennium Team Cadet European Cup” yeniyetmələr arasında Avropa kubokunun açılış mərasimi keçirilib.
3 may 2025-ci il tarixdə Quba Tədris, İdman və İstirahət Kompleksində Avropa Cüdo Birliyinin rəsmi təqviminə daxil olan “Quba Millennium Team Cadet European Cup” yeniyetmələr arasında Avropa kubokunun açılış mərasimi keçirilmişdir.
Yarışın rəsmi açılış mərasimində çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov, Avropa Cüdo Birliyinin idman komisarı Albert Gmeinar, Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu son illər ərzində ölkəmizdə bütün digər sahələr kimi idman sahəsində də böyük uğurlar əldə edilməsindən, ölkə Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yüksək diqqəti və qayğısı sayəsində bu gün Azərbaycanın idman ölkəsi kimi beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirməsindən, eləcə də idmançıların yüksək səviyyədə dövlət qayğısı ilə əhatə olunmasından, onların maddi rifah halının yaxşılaşdırılmasından, müasir standartlara cavab verən idman infrastrukturunun yaradılması nəticəsində ölkəmizin uğurlarınının günbəgün artmasından danışmış və yarış iştirakçılarına uğurlar arzulamışlar.
Azərbaycan, Xorvatiya, Fransa, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Səudiyyə Ərəbistanı, Türkmənistan, Türkiyə və Beynəlxalq Cüdo Federasiyasının bayrağı altında çıxış edən Rusiya və Belarus idmançıları mübarizə apardığı yarışda sonda qaliblər mükafatlandırılmışdır.
Mayın 4-də də davam edəcək Beynəlxalq yarışda ədalət təmsilçiləri sırasında Belarus, Polşa, Türkmənistan və İran İslam Respublikasından olan hakimlər yer almaqdadır.