Şriftin ölçüsü :

Saytın rəngi :

Quba şəhərində yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması məqsədilə regional müşavirə keçirilib.

16 may 2025 | 16:46

Quba şəhərində yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması məqsədilə regional müşavirə keçirilib.

16 may 2025-ci il tarixdə Quba rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyini artırmaq məqsədilə regional müşavirə keçirilmişdir.
Müşavirədən əvvəl Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Fövqəladə Hallar Nazirinin baş yanğın təhlükəsizliyi eksperti, daxili xidmət general-mayoru Yusif Nəbiyev, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini daxili xidmət general-mayoru Aqşin Kazımov,  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparatının Ətraf mühitin və təbii sərvətlərin idarə edilməsi şöbəsinin müdiri Kənan Kərimli tərəfindən Quba şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət edilmişdir.
Müşavirədə Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Şahin İsrafilov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparatının Ətraf mühitin və təbii sərvətlərin idarə edilməsi şöbəsinin müdiri Kənan Kərimli, Fövqəladə Hallar nazirinin müavini, daxili xidmət general-mayoru Aqşin Kazımov, Fövqəladə Hallar Nazirinin baş yanğın təhlükəsizliyi eksperti, daxili xidmət general-mayoru Yusif Nəbiyev, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Cəmil Xudiyev, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin rəis müavini Cabbar Qəribov, Azərbaycan Respublikası Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Bəxtiyar Mirzəyev, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Strateji planlama, təhlil və hesabatlılıq şöbəsinin sektor müdiri cənab Şövqi Lələşov, aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarının, eləcə də Sumqayıt şəhər, Quba, Abşeron, Xaçmaz, Qusar, Şabran, Siyəzən rayon yerli icra hakimiyyəti, habelə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin, bələdiyyələrin nümayəndələri və fermerlə iştirak etmişdir.
Çıxış edənlər regional müşavirənin önəminə diqqət çəkərək bildirmişlər ki, yanğın hadisələrinin sayında müşahidə olunan artımın başlıca səbəbi insan faktorudur və küllü miqdarda maddi ziyanla nəticələnən yanğın hadisələrinin qarşısının alınması üçün preventiv tədbirlərin görülməsi vacibdir. Meşə təsərrüfatının qorunmasının vacibliyi vurğulanmış, yanğınla mübarizə istiqamətində hər şeydən əvvəl maarifləndirici addımların atılmasına ciddi ehtiyacın olduğu qeyd edilmiş, yanğınların baş vermə hallarının qarşısının alınmasına, eləcə də baş verən yanğın hadisələrinə vaxtında müdaxilə olunmasına dair təkliflər irəli sürülmüşdür.

Keçidlər