Quba şəhərində “Yaşıl teatr”da 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə tədbir keçirilib.
Quba şəhərində “Yaşıl teatr”da 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə tədbir keçirilib.
31 may 2024-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında yerləşən “Yaşıl teatr”da şəhid ailələrinin övladları və azyaşlıların iştirakı ilə tədbir təşkil olunub. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəhbərliyi, təhsil işçiləri və məktəblilər iştirak edib.
Tədbirdə regionun və rayonumuzun Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin hazırladığı rəngarəng rəqs nömrələri və ifaları, həmçinin nağıl animasiyaları nümayiş etdirilmiş, sonda şəhidlərin övladlarına Rayon İcra Hakimiyyəti və Regional Təhsil İdarəsinin hazırladığı hədiyyələr təqdim edilmişdir.