Quba şəhərindəki Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında “Peşələr Festivalı” adlı tədbir keçirilmişdir.
28 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Quba şəhərindəki Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında “Peşələr Festivalı” adlı tədbir keçirilmişdir. Festivalda Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev, Quba Rayon İcra Hakimiyyəti başçının birinci müavini Tariyel İbrahimov, RİH başçısının müavini Səidə Abasova, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, rayon Ağsaqqallar Şurasının sədri İldırım Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin, Quba Rayon İcra Hakimiyyətinin, Quba-Xaçmaz Regional Məşğulluq filialının məsul şəxsləri festivalda iştirak etmiş və nümayiş etdirilən guşələrlə tanış olmuşlar. Gün ərzində davam edən festivalda rayon ictimaiyyətinin nümayəndələri, gənclər və könüllülər yaxından iştirak etmişlər.
“Peşəni peşəkardan soruş!” devizi altında keçirilən festivalda məktəblilər və gənclər düzgün peşə seçiminə dair məlumatlandırılmış, onlarda peşələr barədə əyani təsəvvür yaranmışdır. Qeyd olunan unikal layihə nəticəsində gənclərin hər hansı bir peşəyə yiyələnməsi onlar arasında işsizliyin azaldılmasına və həmin peşələrin getdikcə inkişaf etdirilməsinə imkan yaradacaqdır.