Şriftin ölçüsü :

Saytın rəngi :

Quba şəhərinin bir sıra küçələrində asfaltlanma işləri yekunlaşmışdır.

13 noyabr 2023 | 15:11

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin dinamik inkişafını və müasir mənzərəsini əks etdirən məqamlardan biri də regionlarda uğurla reallaşdırılan geniş infrastruktur layihələri, abadlıq və quruculuq işləridir. Beynəlxalq standartlara cavab verən yolların çəkilməsi, yol-nəqliyyat infrastrukturunun yenilənməsi və müasir standartlara cavab verən yolların istifadəyə verilməsi sosial sahədə həyata keçirilən siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Bu tədbirlər, ilk növbədə, Azərbaycan iqtisadiyyatının gücünü göstərməklə yanaşı, vətəndaşların həyatının yaxşılaşdırılmasına yönələn layihələrin davamlı olmasını nümayiş etdirir.
Bu qəbildən olan tədbirlərin davamı olaraq bir müddət öncə Quba şəhərinin M.Əcəmi, Xətai, Vidadi, Fətəli xan, M.F.Axundov, M.Ə.Rəsulzadə, C.Cabbarlı, S.Mehdiyev, B.Abbasov, R.Quliyev, E.İbrahimova, B.Səfəroğlu, 28 May, Bakı, Ərdəbil, N.İbrahimov, Ş.Kərimov, H.Məmmədbəyli, M.Bağırov, Ə.Orucov, T.Aslan, Sahil küçələrinin və 29-cu kvartal ərazisinin ehtiyac duyulan hissələrində asfalt örtüyün çəkilməsi işləri qısa müddətdə başa çatdırılmış, həmçinin aparılan abadlıq quruculuq işləri çərçivəsində Quba şəhərinin Heydər Əliyev prospektinin memarlıq tələblərinə uyğun olaraq əsaslı şəkildə təmiri işləri davam etdirilməkdədir.

Keçidlər