Şriftin ölçüsü :

Saytın rəngi :

Quba şəhərinin Fətəli Xan küçəsində əsaslı şəkildə təmir işləri aparılır.

30 oktyabr 2023 | 16:12

Dövlətimizin başçısı cənab İlham Əliyevin çoxşaxəli siyasəti sayəsində respublikamız, eləcə də bölgələrimiz uğurlu inkişaf yolu keçmişdir. Həyata keçirilən olduqca mühüm və geniş miqyaslı layihələr müxtəlif sahələr üzrə müasir infrastrukturun yaradılmasına, həmçinin geniş miqyaslı tikinti-quruculuq və abadlıq işlərinin aparılmasına zəmin yaratmışdır.

Artıq bir neçə müddətdir ki, Quba şəhərinin bir sıra küçələrinin yenidən qurulması, əsaslı və cari təmir olunması, eləcə də asfaltlanması ilə əlaqədar işlərə başlanılmış, qısa müddət ərzində Bakı, Vidadi, Elza İbrahimova, Tahir Aslanov küçələrində asfaltlanma işləri başa çatdırılmış, digər küçələrində isə işlərin qısa vaxt ərzində yekunlaşdırılması nəzərdə tutulur.

30 oktyabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Quba şəhərinin Fətəli xan küçəsində asfaltlaşma işlərinin başlanması ilə əlaqədar işlərin gedişatı ilə yerində tanış olmuş, aidiyyəti şəxslərə lazımi tapşırıq və tövsiyələrini vermişdir.

Keçidlər