Şriftin ölçüsü :

Saytın rəngi :

Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.

06 sentyabr 2024 | 19:07

6 sentyabr 2024-cü il tarixdə “Quba Palace” otelində Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb. Konfransdan əvvəl şagirdlərin əl işlərindən ibarət sərgiyə və məktəblilərin idman üzrə əldə etdikləri nailiyyətlərə baxış keçirilib.

Konfransda çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Azərbaycan Respublikası Elm və təhsil nazirinin müşaviri Elnur Əliyev və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının nümayəndəsi Tehranağa Abdullayev ölkəmizdə həyata keçirilən təhsil siyasəti, ölkə təhsilinin qabaqcıl dünya təhsil sisteminə inteqrasiyası, bu sahədə müasir infrastrukturun və maddi-texniki bazanın formalaşdırılması, kadr potensialının gücləndirilməsinə toxunub.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev görülmüş işlər və əldə edilmiş nailiyyətlər, eləcə də qarşıda duran vəzifələr barədə məlumat verib.

Keçidlər