Qubada 15 may - Beynəlxalq Ailə günü ilə bağlı tədbir keçirilib.
Qubada 15 may - Beynəlxalq Ailə günü ilə bağlı tədbir keçirilib.
15 may 2025-ci il tarixdə Quba rayon Heydər Əliyev Mərkəzində Quba Rayon İcra Hakimiyyətinin və Quba rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə 15 may - Beynəlxalq Ailə günü ilə bağlı tədbir keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayon Ağsaqqallar Şurasının sədri İldırım Məmmədov, Quba rayon Heydər Əliyev Mərkəzinin direktoru, Alpan kənd Elşad Bayramov adına tam orta məktəbinin direktoru, ali və orta ixtisas müəssisələrinin tələbələri və gənclər iştirak etmişdir.
Çıxışılarda müstəqil Azərbaycanda dövlət və ailə siyasətinin əsas prinsiplərinin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin rolu, hazırda Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərin qorunması sahəsində xidmətləri, ölkəmizdə ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlərin həyata keçirilməsi, 15 may - Beynəlxalq Ailə günü ilə bağlı xalqımıza məxsus olan ailə dəyərlərinin qorunub saxlanılması və gənc nəsilə aşılanması haqqında öz fikirlərini bildirmişlər.
Tədbirin sonunda 15 may - Beynəlxalq Ailə günü ilə bağlı video-rolik nümayiş olunmuşdur.