Şriftin ölçüsü :

Saytın rəngi :

Qubada 2 fevral - Gənclər Günü qeyd edilmişdir.

02 fevral 2023 | 15:21

2 fevral 2023-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin, YAP Quba rayon təşkilatının, Quba Rayon Gənclər və İdman İdarəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin birgə təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Günününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda toplantı keçirilmişdir.

      Əvvəlcə Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyevin, digər təşkilatçı qurumların, rayonun hüquq-mühafizə orqanlarının, ictimai təşkilarların rəhbərlərinin və gənclərin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsi ziyarət olunmuşdur. Sonra isə Quba rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə toplantı başlanmış, daha sonra müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün qorunması yolunda canlarını fəda etmiş əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Toplantıda Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin əməkdaşı kapitan Yasin Məcidov, rayon Ağsaqqallar Şurasının sədri İldırım Məmmədov, Vətən Müharibəsi şəhidi Əliyev Rəvanın bacısı Ləman Əliyevaya, Vətən Müharibəsi qazisi Fərid Əmiyev, rayonumuzun fəal gənci Səma Asəfova çıxışlar etmişlər. Konfransın sonunda ayrı-ayrı sahələr üzrə fərqlənmiş bir qrup gəncə, eləcə də bir qrup şəhid ailəsinin üzvünə və Vətən Müharibəsi qazisinə Quba Rayon İcra Hakimiyyətinin, YAP Quba rayon təşkilatının, Quba Rayon Gənclər və İdman İdarəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin fəxri fərmanları və hədiyyələr təqdim edilmişdir.

Keçidlər