Qubada 2 iyul - Polis işçilərinin peşə bayramı günü qeyd olundu.
Qubada 2 iyul - Polis işçilərinin peşə bayramı günü qeyd olunub.
2 iyul 2026-cı il tarixdə Polis işçilərinin peşə bayramı günü və Azərbaycan polisinin yaranmasının 108-ci ildönümü münasibətilə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Quba Rayon Polis Şöbəsinin rəisi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və polis əməkdaşları tərəfindən Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunmuş, abidə önünə gül dəstələri qoyulmuşdur.
Azərbaycan polisinin dövlətçiliyin, qanunun aliliyinin, ictimai asayişin və vətəndaşların təhlükəsizliyinin təmin olunmasında mühüm rolundan bəhs olunmuş, polis əməkdaşları peşə bayramı münasibətilə təbrik edilərək onlara xidmətlərində uğurlar arzulanmışdır.








