Şriftin ölçüsü :

Saytın rəngi :

Qubada 20 oktyabr - Azərbaycan energetiklərinin peşə bayramı günü qeyd olunub.

20 oktyabr 2025 | 11:48

20 oktyabr 2025-ci il tarixdə Azərbaycan energetiklərinin peşə bayramı günü münasibəti ilə Quba Rayon İcra Hakimiyyətinin və “Azərişıq” ASC-nin Xaçmaz RETSİ-nin məsul şəxsləri, “Azərişıq” ASC-nin Xaçmaz RETSİ-nin Quba Elektrik şəbəkəsinin rəisi və Quba Elektrik şəbəkəsinin kollektivi tərəfindən Ulu Öndər Heydər Əliyevin Quba şəhərində adını daşıdığı Mədəniyyət və İstirahət parkındakı abidəsi ziyarət olunmuş, abidə önünə gül dəstələri düzülmüşdur.

Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov rayon energetiklərinə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovun təbriklərini çatdırmış və onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

Keçidlər