Şriftin ölçüsü :

Saytın rəngi :

Qubada 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə tədbir keçirilib.

18 sentyabr 2026 | 16:25

Qubada 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə tədbir keçirilib.

18 sentyabr 2026-cı il tarixdə 20 Sentyabr - Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü münasibətilə Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə B.Səfəroğlu adına rayon Mədəniyyət Mərkəzində ümumrayon tədbiri keçirilmişdir.
Əvvəlcə rayon rəhbərliyinin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin Quba şəhərində adını daşıyan mədəniyyət və istirahət parkındakı abidəsi, ardınca isə Quba rayon Şəhidlər Xiyabanı ziyarət olunmuşdur.
Ümumrayon tədbirində Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyətinin kollektivi, YAP Quba rayon təşkilatının sədr müavini, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, RİHB-nın İƏD-lər üzrə nümayəndələri və bələdiyyə sədrləri, ictimai təşkilatların rəhbərləri və üzvləri, rayonun idarə və müəssisələrinin rəhbərləri və əməkdaşları, din xadimləri, ictimaiyyət nümayəndələri tələbələr və gənclər iştirak etmişdir. Tədbirdən əvvəl Mədəniyyət Mərkəzinin qarşısında hazırlanmış sərgiyə baxış keçirilmişdir. Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunması yolunda canlarını fəda etmiş əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra tədbir ədəbi-bədii kompozisiya ilə davam etdirilmişdir.

Keçidlər