Şriftin ölçüsü :

Saytın rəngi :

Qubada 31 Mart - Azərbaycanlıların Soyqırım Günü qeyd edilmişdir.

31 mart 2024 | 14:36

31 mart 2024-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva və Xidmətin məsul şəxsləri Quba şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıdığı Mədəniyyət və İstirahət parkında Ümummilli Liderin abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri qoyulmuşlar.

Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, Quba Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Quba rayon təşkilatının sədri, regional, həmçinin digər idarə, müəssisə və təşkilatların rəhbərləri, din xadimləri 31 Mart - Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar Quba şəhərində “Soyqırımı memorial kompleksi”ni ziyarət edilərək soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoymuş, sonra isə Kompleksin muzeyi və muzeydə belarus əsilli fotoqraf Lev Daşkeviç tərəfindən çəkilmiş 1918-ci il azərbaycanlıların soyqırımını əks etdirən şəkillərdən ibarət foto-sərgi, xəritə və kitablardan ibarət sərgi ilə tanış olmuşlar.

Qeyd edək ki, 31 Mart - Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin rayon ictimaiyyətinin nümayəndələri və respublikamızın digər bölgələrindən gəlmiş vətəndaşlarımız tərəfindən ziyarəti gün ərzində davam etmişdir.

Keçidlər