Şriftin ölçüsü :

Saytın rəngi :

Qubada “8 Noyabr - Zəfər Günü” qeyd edilmişdir.

08 noyabr 2023 | 21:10

“8 Noyabr - Zəfər Günü” münasibətilə Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Quba “ASAN xidmət” mərkəzinin qarşısında ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vahid Əhmədov,  Rayon İcra Hakimiyyətinin kollektivi, YAP Quba rayon təşkilatının sədri və kollektivi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və kollektivləri, hərbçilər, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, RİHB-nın İƏD-lər üzrə nümayəndələri və bələdiyyə sədrləri, ictimai təşkilatların rəhbərləri və kollektivləri, rayonun bütün idarə və müəssisələrinin rəhbərləri və əməkdaşları və çoxsaylı ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Əvvəlcə Quba rayon Şəhidlər Xiyabanında şəhidlərimizin məzarları ziyarət olunmuş, onların ruhuna dualar oxunmuş, sonra Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsi ziyarət olunmuşdur.

Quba “ASAN xidmət” mərkəzinin ərazisində təşki edilmiş sərgiyə baxış keçirildikdən sonra ümumrayon tədbiri başlanmış, tədbirin əvvəlində müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin qazandığı tarixi Qələbədən bəhs edən film nümayiş olunmuşdur. Daha sonra respublikamızın tanınmış incəsənət ifaçıları musiqi nömrələri ilə çıxışlar etmiş, tədbirin sonunda möhtəşəm atəşfəşanlıq təşkil olunmuşdur.

Keçidlər