Şriftin ölçüsü :

Saytın rəngi :

Qubada “Açıq mikrafon” aksiyası keçirmişdir.

12 sentyabr 2022 | 15:37

12 sentyabr 2022-ci il tarixdə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru cənab Ruslan Əliyev Quba rayonunda olmuşdur. O, Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev və Azərbaycan Respublikası Milli Məclisinin deputatı cənab Vahid Əhmədovla birlikdə Barlı qəsəbəsinin və Hacıqaib kəndinin yeni salınmış yaşayış massivlərində qazlaşdırma işlərinin gedişatı ilə tanış olmuş, ictimaiyyət nümayəndələri ilə görüşmüş və işlərində fərqlənən əməkdaşları təltif etmişdir.

Daha sonra isə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru cənab Ruslan Əliyev rayonun ucqar Cimi kəndində “Açıq mikrafon” keçirmiş və əhalinin müraciətlərini dinləmişdir. “Açıq mikrafon”da Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev və Azərbaycan Respublikası Milli Məclisinin deputatı cənab Vahid Əhmədov da iştirak etmişdir.

“Açıq mikrafon” zamanı yaxın günlərdə Cimi kəndində qazlaşdırma işlərinə başlanacağı bildirilmişdir.

Barlı qəsəbəsinin və Hacıqaib kəndinin yeni salınmış yaşayış massivlərində işlərin sentyabr ayının sonlarınadək, Cimi kəndində isə qazlaşdırma işlərinin ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

Görüşlər zamanı vətəndaşlar göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və belə layihələrin həyata keçirilməsində əməyi olan hər bir kəsə dərin təşəkkürlərini bildirmişlər.

Keçidlər