Şriftin ölçüsü :

Saytın rəngi :

Qubada Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirildi.

27 sentyabr 2026 | 16:00
Qubada Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
“27 Sentyabr - Anım Günü” ilə əlaqədar Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksinin yaxınlığındakı ərazidə ağacəkmə aksiyası keçirilmişdir.
Aksiyada Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, YAP Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Aksiya zamanı ərazidə ağaclar əkilmiş, ətraf mühitin qorunmasına və yaşıllıq sahələrinin genişləndirilməsinə töhfə verilmişdir.
Ağacəkmə aksiyasının keçirilməsi şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edilməsi ilə yanaşı, təbiətin qorunması və gələcək nəsillər üçün sağlam ətraf mühitin yaradılması baxımından da xüsusi əhəmiyyət daşıyır.
Aksiyadan sonra rayon rəhbərliyi şəhid ailələri ilə birgə çay süfrəsi arxasında səmimi söhbət aparmışlar.
Keçidlər