Qubada Aqrar Biznes Festivalı keçirilib.
Qubada Aqrar Biznes Festivalı keçirilib.
30 may 2025-ci il tarixdə Quba “ASAN xidmət” mərkəzinin ərazisində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Quba Rayon İcra Hakimiyyətinin, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin və Quba “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə aqrar innovasiyaların təbliği və təşviqi məqsədilə Aqrar Biznes Festivalı keçirilmişdir. Festivalda Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Quba rayonunda fəaliyyət göstərən fermer və sahibkarlarlar, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Festivalın açılış mərasimində çıxış edənlər Aqrar Biznes Festivalının keçirilməsindən danışmış, tədbirin əsas məqsədinin regionlarda yaşayan fermerlərin kənd təsərrüfatı məhsul və texnologiyalarına əlçatanlığının təmin edilməsi olduğunu bildirmişlər. Sonra isə festivalda sərgilənən innovativ həllərə əsaslanan kənd təsərrüfatı təyinatlı qurğu və avadanlıqlara, aqrar sahədə fəaliyyət göstərən texnika, gübrə, toxum, dərman, ting və digər kənd təsərrüfatı istehsalçısı olan şirkətlərin məhsullarına baxış keçirilmişdir.
Qeyd edək ki, festival çərçivəsində müxtəlif kənd təsərrüfatı məhsulları və texnologiyalarının nümayişi ilə yanaşı “Dövlətin maliyyə mexanizmləri” mövzusunda Şahdağ Quba Truskavets otelinin akt zalında panel müzakirə də təşkil edilmişdir.